2024-cü ilin 1 yanvar vəziyyətinə Azərbaycanda informasiya və rabitə sahəsində işləyənlərin sayı 32 min 625 nəfər olub.
FED-az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 676 nəfər və ya (2,2%) çoxdur.
İnformasiya və rabitə sahəsində işləyənlərin 14 min 51 nəfəri dövlət, 18 min 574 nəfəri isə özəl sektorda çalışanlardır.
Dövlət sektorunda işləyənlərin sayı son bir ildə 4 nəfər azalsa da, özəl sektorda işləyənlərin sayı 680 nəfər çalışıb.
Xatırladaq ki, 2023-cü ilin 1 yanvar vəziyyətinə informasiya və rabitə sahəsində işləyənlərin sayı 31 min 949 nəfər çalışıb ki, onların da 14 min 55 nəfəri dövlət, 17 min 894 nəfəri özəl sektorda çalışanlar olub.