Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.
FED.az xəbər verir ki, müsabiqədə növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
Nəticədə sözügedən bağçalarda uşaqlarını qeydiyyatı başlayıb. Özəl bağçalara yerləşdirilmiş uşaqların valideynləri tələb edilən sənədləri bağçaya təqdim etməli və iki tərəf arasında təhsil haqqının ödənilməsi barədə müqavilə bağlanmalıdır.
Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən başlayacaq 1 noyabr saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, bu yeniliyin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçalardakı boş qalan yerlərə cəlb edilməsidir. Bu zaman uşaqların bağçadakı təhsil haqqının bir hissəsini dövlət ödəyəcək. Belə ki, müsabiqədə seçilmiş özəl bağçalarda bu müsabiqə nəticəsində cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatı qrant hesabına qarşılanacaq, yəni dövlət ödəyəcək, qalan məbləği isə valideyn ödəyəcək.
Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
Təhsil haqqında dövlət dəstəyi olacaq özəl bağçaların - TAM SİYAHISI