Banner
Banner

Sosial

Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb

Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaradıb | FED.az
10:42 13 Dek 2017

Vergilər Nazirliyi “Sabunçu rayonu Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi,7, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Zahid Zəkulla oğlu İsmayılovdur.

Bələdiyyənin sədri Ramis Nəsibov FED.az-a bildirib ki, şirkətin yaradılmasında məqsəd bələdiyyənin gəlirlərini artırmaqdır: “Bələdiyyənin büdcə gəlirlərini artırmaq üçün belə bir təşəbbüslə çıxış etmişik. Məqsəd həm də Bakıxanov qəsəbəsinin sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verməkdir. İlkin olaraq qəsəbəmizdə avtomobili olanları cəlb edəcəyik. Yəni, onlar yeni taksi şirkətində işlə təmin olunacaqlar». R.Nəsibov bildirib ki, daha sonra avtomobillərin sayının artırılması və yeni xidmətlərin göstərilməsi də nəzərdə tutulur: «Qiymətlər isə bazarlakı səviyyədən daha sərfəli olmalıdır».

Digər xəbərlər