Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bir çox iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.
Eləcə də bax: 8103 SMS icazə sistemi ilə bağlı - DƏYİŞİKLİK EDİLİB
FED.az “report”a istinadən xəbərt verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib.
Aşağıdakı sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır:
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- qablaşdırma məhsullarının istehsalı;
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- onlayn satışlar.
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- avtomobillərin təmiri;
- avtomobil yuyulma məntəqələri;
- heyvan sığınacaqları.
- tərcümə xidmətləri.
İş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.