Azərbaycanda ən çox içilən çay markaları məlum olub. FED.az xəbər verir ki, «Business insight» araşdırma şirkəti ölkədə ən çox içilən çay markaları və onların coğrafiyasını araşdırıb. Araşdırmada məlum olub ki, azərbaycanlılıarın ən çox üstünlük verdiyi çay markası «Beta Tea»dır.
Araşdırma nəticələri göstərir ki, orta hesabla hər 5 evdən ikisində «Beta Tea» çaylarından istifadə edilir.
Siyahıda 2-ci olaraq «Berga» brendi gəlir. Üçüncü yerdə isə siyahını hər 5 evdən birində rast gəlinən «Azerçay» davam etdirir (20.9%). Sorğuya cəlb olunanlar evlərində mövcud olan 36 adda qara çay markasını qeyd ediblər.
Evlərdə olan bu markaları Azərbaycanda ən böyük çay idxal/istehsalçısı olan 2 şirkət (Beta MMC və Azərsun Holdinq) arasında böldükdə məlum olur ki, hər iki şirkət demək olar ki, bərabər paya malikdirlər.
Eləcə də bax: Ən ucuz və ən baha iftar süfrəsi - RESTORANLARDAKI QİYMƏTLƏR
Beləki, bu bölgüyə əsasən evlərdə olan markalar arasında Beta şirkətinin (Beta, Champion, Xəzər və s.) payı 41.3%, Azərsun Holdinqin (Berqa, Azərçay, Final və s.) payı isə 41.2%-dir.
Çay brendlərinin Azərbaycan üzrə istehlak xəritəsinə baxdıqda məlum olur ki, yalnız Dağlıq-Şirvan iqtisadi rayonunda və Şəki-Zaqatala iqtisadi rayonlarını çıxmaq şərti ilə Bakı şəhəri daxil qalan iqtisadi rayonların hamısında «Beta Tea» daha çox istifadə edilir.
Dağlıq-Şirvan iqtisadi rayonunda «Beta Tea» və «Champion» demək olar ki, eyni səviyyədə istifadə edilir (ilk yerləri bu iki marka bölüşür) və Şəki-Zaqatala iqtisadi rayonunda isə «Final» «Beta Tea»ni az fərqlə də olsa qabaqlayır (1ci yerdə «Final», iknici yerdə isə «Beta Tea»dir).
Amma maraqlı bir tapıntı ondan ibarətdir ki, əhalinin gəlir səviyyəsi artdıqca «Beta Tea»ni «Berga»ya dəyişənlər artır. Keçən ilki nəticələrdən müşahidə olunur ki, «Beta Tea» mövqeyini 6.6% möhkəmlədib (2018 -30.8% ; 2019 – 37.4%), Champion-un isə mövqeyini Azerçay-a uduzub (2018 – Champion -14.4%; Azerçay – 14,3% : 2019 –Champion -17.9%; Azerçay-20.9%).