Sosial

Azərbaycanda həkimlərin maaşları artırılacaq – TƏFƏƏRRÜATLAR AÇIQLANDI

Azərbaycanda həkimlərin maaşları artırılacaq – TƏFƏƏRRÜATLAR AÇIQLANDI | FED.az
11:20 11 İyul 2019
Azərbaycanda həkimlərin əməkhaqqının növbəti dəfə artması gözlənilir. Bu barədə FED.az-a İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyev bildirib. Onun sözlərinə görə, yeni ildən qüvvəyə minən icbari tibbi sığorta çərçivəsində həkimlərin əməkhaaqı sisteminə yenidən baxılacaq.

Eləcə də bax: "Azərbaycan səhiyyənin maliyyələşdirilməsi layihəsinin həyata keçirilməsinə hazırdır" - İcbari Tibbi Sığorta

Dəyişikliklər nəticəsində həkimlərin əməkhaqqı iki hissədən ibarət olacaq. Bunlardan birinci sabit hissə olacaq yəni dəyişməyən hissə, ikinci hissə isə bonus hissə olacaq. Bu hissə isə xəstəxənaya müraciət edən pasientlərin sayından asılı olaraq formalaşacaq. Zaur Əliyev bildirib ki, indi pilot layihənin keçirildiyi 3 rayonda da belə bonus sistemi var. Amma yeni ildən bu bonus sisteminə tamamilə yenidən baxılacaq. Agentlik rəhbəri bildirib: 

«Həkimlərin maaşı növbəti ildən artacaq və iki hissədən ibarət olacaq. Biz bunu pilot layihələrində də tətbiq etmişdik. Amma yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Çünki pilot layihələrində müəyyən dərəcədə üzləşdiyimiz çətinliklər vardı, hansı ki, nəzərdə tutulmamışdı. Artıq nöəbəti ilə biz bunları təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirəcəyik.
Həkimlərin maaşı iki hissədən ibarət olacaq. Birincisi həkimlərin sabit aldıı məvaciblər. Bu məbləğ artırılacaq və sabit qalacaq. İkincisi, həkimin göstərdiyi fəaliyyətə görə onun əmək haqqına əlaələr olacaq».

Bundan başqa Zaur Əliyev bildirib ki, bölgələrdə həkim çatışmamazlığının qarşısını almaq üçün və Bakıdakı həkimləri bölgələrə həvəsləndirmək üçün yeni sxem üzərində işlənilir.

Bura bölgələrdə işləyən həkimlərə güzəştlərin verilməsi, onların əməkhaqqlarına əlavələrin olunması nəzərdə tutulur. Bundan başqa bir mexanizmdə işə düşəcək ki, Bakıda çalışan həkimlərin 3 gün Bakıda digər 3 günü isə bölgədə işləməsi həvəsləndiriləcək. Bakıdakı həkimlərin bölgəyə getməsi ezamiyyət kimi deyil, əlavə maaş kimi hesablanacaq. Bu da onların daha çox gəlirlərinin olmasına və bölgələrdə işləməsinə həvəsi artıracaq.

 

Digər xəbərlər

Banner