Azərbaycanda hamam və sauna xidmətlərin nə qədər pul xərcləndiyi məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ötən il hamam və duş xidmətinə 8 029,7 min manat xərclənib. Bu göstərici 2017-ci illə müqayisədə 175,20 min manat və ya 2,23% çoxdur.
Eləcə də bax:Azərbaycanda əhali mənzil təmirinə - DAHA AZ PUL XƏRCLƏMƏYƏ BAŞLAYIB
Ümumilikdə isə 2013-cü ildən 2018 ci ilə kimi əhali tərəfindən hamam və duş xidmətlərinə xərclənən vəsait 1 237,50 min manat və ya 18,21% artıb.
Xatırladaq ki, illər üzrə hamam və duş xidmətlərinə xərclənən pulların məbləği aşağıdakı kimidir:
2013-cü il - 6 792,2 min manat
2014-cü il - 6 882,4 min manat
2015-ci il 7 240,3 min manat
2016-cı il - 7 709,8 min manat
2017-ci il 7 854,5 min manat
2018-ci il 8 029,7 min manat