Azərbaycanda halal sertifikatının müddəti bitən şirkətlər halal adı altında halal toyuqlar satır. Bunu FED.az - a Keyfiyyət Assosiasiyasının İdarə Heyətinin sədri Samir Novruzlu bildirib.
Eləcə də bax:“Mərcan” toyuqları Azərbaycan bazarının 10%-ni - TƏMİN EDİR
Onun sözlərinə görə, hazırda Azərbaycanda böyük toyuq istehsalçılardan yalnız ikisinin halallıq sertifikatı var. Bundandan biri “Mərcan” digəri isə “Səba” toyuqlarıdır.
“Azərbaycanda şirkətlər var , hansı ki, halallıq sertifikatlarının vaxtı bitib. Amma hələ də halal adı ilə toyuq satırlar. Elə şirətlər də var ki, başqa halal toyuq satan şirkətdən alıb yerli bazarda öz halal məhsulları adı altında satırlar" – deyə Samir Novruzov bildirib.