Azərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək.
FED.az-ın məlumatına görə, bununla bağlı “ Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir.
Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir