Bu ilin oktyabrın 1-i vəziyyətinə ölkə üzrə pensiyanın orta aylıq məbləği 436,28 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Siyahıda birinci yerdə paytaxt Bakı dayanır ki, Bakıda orta aylıq pensiyanın məbləği 594,38 manat olub.
Naxçıvan MR Respublikası 405,22 manatla ikinci, Zəngilan rayonu 394,58 manatla üçüncü, 376,53 manatla dördüncü yerdə qərarlaşıb.
Beşinci yerdə 371,68 manatla Şuşa rayonu olub.
Sumqayıt şəhərində orta aylıq pensiyanın məbləği 369,66 manat, Siyəzəndə 364,38 manat, Hacıqabulda 362,25 manat olub.
Ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə bu məbləğ 361,77 manat təşkil edib.
Onuncu yerdə isə Abşeron rayonu olub ki, burada orta aylı pensiya 358,67 manatdır.
Ən aşağı məbləğlər isə 304,39 manatla SabirabadŞ 330,72 manatla Xaçmaz və Ağdaş rayonlarında qeydə alınıb.