Bu ilin iyulun 1-i vəziyyətinə Azərbaycanda təyin olun pensiyaların orta məbləği 491 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən ən yüksək pensiya cəmi 1 şəhərdə - 672 manat olmaqla paytaxt Bakıdadır.
11 rayon və şəhərdə bu məbləğ 400 manatdan, 53 rayonda isə 400 manatdan aşağıdır.
Pensiyaların orta məbləğin yüksək olduğu rayonlara Zəngilan (425 manat), Siyəzən rayonlarını (419 manat) və Şumqayıt şəhərini (416 manat) nümunə göstərmək olar.
Ənaşağı məbləğlər isə Xaçmaz (361 manat), Balakən və Xocalı (372 manat), Qusar və Yardımlı (377 manat), Ağdaş və Ucar (378 manat) rayonlarında qeydə alınıb.