2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1002,4 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,3 faiz çoxdur.
Əməkhaqqı neft-qaz sektorunda 3782,9 manat, qeyri neft-qaz sektorunda 950,6 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 958,7 manat, özəl müəssisələrdə isə 1048,5 manat olub.