Azərbaycanda ən çox istifadə olunan şampun markaları məlum olub. FED.az xəbər verir ki, «Business insight» araşdırma şirkəti ölkədə ən çox istifadə olunan şampun markalarını və onların coğrafiyasını araşdırıb.
Sorğuya cəlb edilən respondentlər 95 adda saç şampun markasını qeyd ediblər.
Bu markalar arasında Head&Shoulders daha populyardır (32,3%). 21.3% respondent qrafikdə göstərilməyən digər şampun markalarını qeyd edib. 6.5% respondent isə qeyd edib ki, şampundan istifadə etmir. 3.1% respondent mobil telefonla suallara cavab verdiyi üçün evdə olmadığını əsas kimi gətirərək şampun markasının adını deyə bilməyib.
Eləcə də bax: Azərbaycanda hər 5 evdən ikisində bu çay içilir – ARAŞDIRMA - SİYAHI
Təhlillər göstərir ki, Head&Shoulders istifadəçiləri arasında kişilər əksəriyyət təşkil edir (bu markanın istifadəçilərinin 61%-ni kişilər, qalan 39%-ni isə xanımlar təşkil edir). Yaş kateqoriyaları üzrə seqmentasiya etdikdə Head&Shoulders-ın bütün yaş kateoqriyaları tərəfindən eyni səviyyədə istifadə olunduğu məlum olur (gənclər (20-35 yaş) – 49,3%, yaşlılıar (35 yaş+) - 50,7%).
Amma Elidor-un gənclərin şampunu olduğunu qeyd edə bilərik. Çünki Elidor istifadəçiləri arasında gənclər çoxluq təşkil edir. Azərbaycanın şampun markalarından istifadə xəritəsinə nəzər salsaq məlum olur ki, Head&Shoulders ən çox Aran (45%) və Gəncə-Qazax (38,5%), Elidor ən çox Abşeron (21,4%) iqtisadi rayonunda istifadə olunur.
Eləcə də bax: Azərbaycanılıarın almağı ən çox fikirləşdiyi - 2 AVTOMOBİL MARKASI