2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halı qeydə alınıb.
Bu barədə FED.az-a Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müavini Leyla Kərimova məlumat verib.
Onun sözlərinə görə ən çox nikah iyun ayında qeydə alınıb:
“Ailə quranların orta yaş həddi kişilər üçün 28,8, qadınlar üçün isə 24,2 yaş təşkil edib”.
L.Kərimova bildirib ki, hesabat dövründə 7219 boşanma halı rəsmiləşdirilib:
“Ən çox nikah və boşanma Bakı şəhərində, Aran və Gəncə-Qazax iqtisadi rayonlarında qeydə alınıb”.