2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 40 milyonu keçib.
Bu müddət ərzində "Elektron hökumət" portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:
• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 341 135
• Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8 327 251
• Dövlət İmtahan Mərkəzi 3 173 948
• Dövlət Gömrük Komitəsi 961 392
• "Azərsu" ASC 347 243
• Əmlak Məsələləri Dövlət Komitəsi 103 965
• Daxili İşlər Nazirliyi 96 568
• Ədliyyə Nazirliyi 58 253
• Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi 54 417
• Dövlət Miqrasiya Xidməti 52 053
Statistikaya əsasən, 2017-ci ildə portalın təqdim etdiyi xidmətlərə müraciət sayı 40 milyon 625 min 499 təşkil edib. Həmçinin, ötən il portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 200 minə yaxın olub, ümumilikdə isə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 700 minə yaxındır.
Vətəndaşların marağına səbəb olan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil sistemi”, “Elektron ipoteka sistemi” kimi bır sıra sosial xidmətlər də elektronlaşdırılaraq portala inteqrasiya olunub.
Azərbaycanda ən çox istifadə olunan – ELEKTON XİDMƏTLƏR
13:18
25 Yan 2018