Azərbaycanda ən çox işsiz kimi qeydiyyata alınmış rayonların adları məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 1 iyul vəziyyətinə ölkə üzrə ümumilikdə 229 min 55 nəfər işsiz var.
Siyahıya paytaxt Bakı şəhəri başçılıq edir. Paytaxtda 38 min 770 nəfər işsiz kimi qeydiyyatdadır.
Lakin paytaxt Bakıdan ətraf rayonlara nəzər saldıqda ən çox işsiz sayı 6 590 nəfərlə Ağdam rayonu, və 6 min 332 nəfərlə Bərdə rayonu ön sıralarda yer alır.
Şəmkir rayonu üzrə işsiz şəxslərin sayı 6 min 051 nəfər, Lənkəran rayonu üzrə 5 min 993 nəfər təşkil edir.
Bundan başqa Quba rayonu üzrə 5 min 405 nəfər, Göyçay rayonu üzrə 4 min 835 nəfər rəsmi işsiz kimi qeydiyyatdadır.