2024-cü il üzrə İqtisadi fəaliyyət növləri üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı üzrə göstəricilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə iqtisadiyyatın bütün sahələri üzrə ümumi orta aylıq əmək haqqı 1 009 manat bərabər olub.
Ən aşağı orta aylıq maaş 400 manat olmaqla məşğulluq sahəsində olub.
Dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı ilə məşğul olanların orta aylıq maaşı 430 manat, çirkli suların yığılması və emalı ilə məşğul olanların orta aylıq maaşı 433 manat təşkil edib..
Bundan başqa geyim istehsalında çalışlanların orta aylıq maaşı 450 manat, mebellərin istehsalında 488 manata bərabər olub.