Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - AÇIQLAMA
Dövlətimizin başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb.
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən, avtomatik artım edilməklə həmin gündən 320 manat olub.
Eyni zamanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 280 deyil, 320 manat olacaq.
Hazırda minimum pensiya məbləği 2025-ci il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (232 manat) 88 manat və ya 38 faiz üstələyir.