Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 493.463 vahid artıb və 2026-ci il yanvar ayının 1-nə 1.895.378 olub.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanınıda Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 491.744 vahid artaraq 1.031.666 təşkil edib.









