Bu il yanvarın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 746 min 309 vahid olub.
"Bütün əmək müqavilələri elektron platforma üzərindən imzalanacaq"
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
"Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 min 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 min 435 vahid artaraq 831 min 357 olub", - deyə o qeyd edib.