2018-2022-ci illərdə Azərbaycanda keçirilmiş sosial islahatlar nəticəsində əmək müqavilələrinin sayı 400 min artıb.
Eləcə də bax: “16 mindən çox əmək müqaviləsində əməkhaqqı 300 manatdan aşağı göstərilib”
FED.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, qeyd olunan dövrə əməkhaqqı fondu 2,2 dəfə artıb.
"Əməkhaqqının ÜDM-dəki payı 12,7 faizdən 17,1 faizə yüksəlib, orta əməkhaqqı 41 faiz, median əməkhaqqı 85 faiz, minimum əməkhaqqı 2,3 dəfə artıb", - deyə o bildirib. (Trend)