“Bu gün dövlət olaraq qarşımızda iki mühüm məsələ var. Birincisi məhsuldarlıq, ikincisi isə məmnuniyyətdir”.
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“Məhsuldarlıq üçün görməli olduğumuz işlər var. Bu gün Azərbaycanda əmək məhsuldarlığı Avriopa ölkələrindən, təxminən, 9 dəfə azdır. Bunun qarşısını almaq üçün təhsildə ciddi yenilənməyə ehtiyac var”, - o deyib. (Report)