Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb.
Eləcə də bax: Daha 2 600 əlillik - LƏĞV OLUNDU
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.
Onun sözlərinə görə, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır: "Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”. (Report)