"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qaquna dəyişiklik edilməsi nəti\əsində əlillik dərəcəsinin verilməsi qaydası dəyişib.
Əlillik üçün müayinələr – VİDEOYA ÇƏKİLİR – 12 NƏFƏR İMTİNA ALDI
FED.az xəbər verri ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib ki, Qanunda edilmiş dəyişikliklərdən sonra əlilliyin qiymətləndirilməsi ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla, yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçiriləcək.
Bu dəyişikliklərlə bağlı bir sıra Qanun və Məcəllələrdə də dəyişiklikər edilib.
Nəticədə qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizminin funksiyalarının pozulması faizi, səbəbi” sözləri ilə, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.
Qeyd edilən dəyişikliklər 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək və artıq Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaqdır.
Həmçinin qanunvericilikdə "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözləri "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin" sözləri ilə əvəzlənir və 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.