Bu ilin yanvar-oktyabr aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 377,1 milyon manat dəyərində məhsul istehsal edilib,
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 11,4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8,8 faiz, geyim istehsalında isə 12,3 faiz azalma müşahidə olunub.
Pərakədəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara əhali 6 milyard 448,2 milyon manat vəsait xərcləyib. Bu illik müqayisədə 5,2% çoxdur.
Ötən ayla müqayisədə isə bu məshullara 965,1 milyon manat vəsait xərclənib.