Azərbaycanda koronavirus pandemiyası ərəfəsində marketlərin ərzaq təminatından razı qalan əhali sayı məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin araşdırmasında məlum olub.
Azərbaycan marketləri və çalışanları bu sorğu vasitəsi ilə alqışlanıb. Araşdırma nəticələri göstərdi ki, bütün çətinliklərə baxmayaraq marketlər izolyasiya tədbirləri ərəfəsində müştərilərə ərzaq təminatında heç bir nöqsana yol verməyiblər. Xüsusilə kişilərin və gənc nəslin bu mövzuda daha pozitiv mövqe sərgilədikləri müşahidə olunur.
“Karantin dövründə insanların davranışları” sorğusu Bakı və ölkənin 40 regionunda ümumilikdə 2620 respondent arasında aparılıb. Respondentlər 50/50 qadın-kişi olub. Sorğuda iştirak edənlər 17-70 yaşa aralığında olan insanlar təşkil edib, orta yaş 39-dur.