2023-cü ildə ilk məlumatlara əsasən dəmir yolu işçilərinin orta aylıq maaşı 1 200,3 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da 2022-ci ilə nisbətən 276,1 manat və ya 29,9% çoxdur.
2022-ci ildə isə bu sektorda orta aylıq əmək haqqı 924,2 manat idi.
Bununla yanaşı metro işçilərinin maaşında da artım baş evrib. Belə ki, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı son bir il ərzində 155,9 manat, başqa sözlə 14,5% artaraq 1 075 manatdan 1 230,9 manata yüksəlib.