Dövlət Statistika Komitəsi ölkədə işləyənlərin sayı və əmək haqqının məbləğini açıqlayıb.
Dövlət hesabına vəkillə təmin olunacaq şəxslər müəyyənləşib - SİYAHI
FED.az xəbər verir ki, 2023-cü il iyunun 1-nə olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla (yəni əmək maüqaviləsi ilə) çalışan işçilərin sayı 1726,3 min nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2 faiz artıqdır.
Komitənin məlumatına görə işləyənlərin, 898,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Son bir ildə dövlət sektorunda çalışanların sayı 4,9 min nəfər azalıb, özəl sektorda çalışanların sayında isə 25 min nəfər artım olub.
Bununla yanaşı, son bir ayda ölkədə işləyənlərin sayında kəskin azalma var.
FED.az xəbər verir ki, mayın 1-də olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1734,2 min nəfər var idi. Bu da o deməkdir ki, bir ay ərzində ölkədə işləyənlərin sayı 7,9 min nəfər azalıb. Dövlət sektorunda azalma 2,5 min nəfər olub, özəl sektorda isə işçilərin 5,4%-i ixtisar edilib.