Dövlət Statistika Komitəsi yanvar-avqust aylarında ölkədə ən çox bahalaşan və ucuzlaşan xidmətləri açıqlayıb. FED.az komitəyə istinadən xəbər verir ki, avqust ayında bahalaşan və ucuzlaşan xidmətdər aşağıdakılardır.
Avqust ayında bahalaşan xidmətlər
Avqust ayında iyul ayına nisbətən
paltarların təmizlənməsi,
paltarların təmiri və kirayəsi,
avtomobillərin təmiri və yuyulması,
metro və avtomobil nəqliyyatı ilə sərnişinlərin daşınması,
MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri,
ali təhsil müəssisələrində təhsil haqqı,
mənzillərin icarə haqqı.
Avqust ayında ucuzlaşan xidmətlər
Avqust ayında iyul ayına nisbətən
dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri.