Dövlət Statistika Komitəsi avqust ayında ölkədə ən çox bahalaşan və ucuzlaşan məhsulları açıqlayıb. FED.az komitəyə istinadən xəbər verir ki, ay ərzində ərzaq məhsullarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz artıb.
Avqustda bahalaşan ərzaqlar
unun,
mal, qoyun və toyuq ətinin,
yumurtanın,
balıq məhsullarının,
kərə və bitki yağlarının,
şəkər və şəkər tozunun,
göyərtinin,
pomidorun,
xiyarın,
göy lobyanın,
kartofun,
qəhvə və çayın qiymətlərində bahalaşma olub
Avqustda ucuzlaşan ərzaqlar
manna və qarabaşaq yarmasının,
makaron məmulatlarının,
almanın,
armudun,
şaftalının,
qarpızın,
yemişin,
üzümün,
badımcanın,
soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Avqustda bahalaşan qeyri-ərzaq malları
Ay ərzində parçaların,
geyimin,
inşaat materiallarının,
mebel və ev əşyalarının,
minik avtomobilləri və ehtiyat hissələrinin,
velosipedlərin,
telefon aparatlarının,
dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma müşahidə edilib.
Avqustda ucuzlaşan qeyri-ərzaq malları
Ay ərzində ayaqqabıların,
xalça və digər döşəmə örtüklərinin,
zərgərlik məmulatlarının qiymətlərində ucuzlaşma müşahidə olunub.