2024-cü ilin birinci rübü ərzində ölkədə 2,5 min iş yeri bağlanıb.
FED.az bu barədə Dövlət Statistia Komitəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin ilk rübü ilə müqayisədə 1,7 min iş yeri və ya 40% azdır.
Ötən lin eyni dövründə 4,2 min iş yeri bağlanmışdı.
Bu dövrdə bağlanmış iş yerlərinin 1340-ı və ya 53,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. 1160 iş yeri isə dövlət sektorunda bağlanılıb.
İş yerlərinin 51 faizi və ya 1275-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 49 faizi və ya 1225 iş yeri işə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.