2024-cü il aprel ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,8 min nəfər olub,
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Onların 43,0 faizini (90,2 min nəfəri) qadınlar, 57%-ni kişilər (119,6 min nəfər) təşkil edib
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 426,2 manat olmuşdur.
Məlumat üçün bildirək ki, 2023-cü ilin sonunda Azərbaycanda qeydiyyata alınmış işsizlərin sayı 217,6 min nəfər olub.
Ən çox işsiz sayı isə təqribən 45,9 min nəfər göstərici ilə Bakı şəhərində olub.
Lənkəranda bu göstərici 7,2 min nəfər, Sumqayıtda isə 6,8 min nəfərə yaxın olub.
Ən az qeydiyyatda olan işsiz sayı isə Naxçıvan Muxtar Respublikasının rayonlarında olub. Həmin dövrdə Şahbuz rayonunda 44, Sədərək rayonunda 47, Kəngərli rayonunda 79, Ordubad rayonunda 102 nəfər rəsmi işsiz kimi qeydiyata alınıb.