Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.
FED.az-ın əldə etdiyi məlumata görə, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir.
Eləcə də bax: Bu çimərliklərdə çimmək olmaz!
Bunlar aşağıdakılardır:
Ağsu rayonu üzrə:
Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq;
Astara rayonu üzrə:
Kakalos kəndi- Qamışovka kəndi adlandırılacaq;
Göygöl rayonu üzrə:
Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq;
Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq;
Xızı rayonu üzrə:
Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq;
Qazax rayonu üzrə:
Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi - Balaçaylı kəndi adlandırılacaq;
Qusar rayonu üzrə:
Şirvanovka kəndi - Şirvanlı kəndi adlandırılacaq;
Masallı rayonu üzrə:
Kalinovka kəndi - Viləş kəndi adlandırılacaq;
Oğuz rayonu üzrə:
Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq;
Saatlı rayonu üzrə:
Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq;
Samux rayonu üzrə:
Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq.