Azərbaycana gətirilən xəz geyim əşyalarının orta qiymətləri məlum olub.
Azərbaycanda "şuba" satışı dayanıb - İDXAL 5 DƏFƏ AZALDI
FED.az xəbər verir ki, arasında xəz şubaların da olduğu xəz geyim əşyalarının orta idxal qiymətləri son 4 ildə 350 dolları keçməyib.
Belə ki, 2020-ci ildə ölkəyə ümumi dəyəri 320 min dollarolan 960 ədəd xəz geyim məmulatı gətirilib. Orta hesabla bir xəz əşyası 333 dollardan rəsmiləşdirilib.
2019-cu ildə isə xaricdən Azərbaycana ümumi dəyəri 664 min dollar olan 2 204 ədəd xəz əşyası gətirilib, orta qiymət 301 dollar təşkil edib.
2018-ci ildə ölkəyə gətirilən xəz əşyalarının sayı 4 374 ədəd, ümumi dəyəri 614 min dollar təşkil edib – orta qiymət 140 dollar.
2017-ci ildə isə ölkəyə xaricdən 1 424 ədəd xəz geyim əşyası gətirilib. Onların ümumi dəyəri 490 min dollar təşkil edib.
Göründüyü kimi, son 3 il ərzində ölkəyə xəz geyimlərinin idxalı sürətlə azalır. 2018-i ildə 4374 ədəd, 2019-cu ildə 2024 ədəd, 2020-ci ildə isə 960 ədəd olub.
Azərbaycana xaricdən gətirilən xəz geyim məmulatlarının sayı və məbləği
2020-ci il: 960 ədəd - ümumi məbləğ 320 min dollar - orta qiymət 333 dollar;
2019-ci il: 2204 ədəd - ümumi məbləğ 664 min dollar - orta qiymət 301 dollar;
2018-ci il: 4374 ədəd - ümumi məbləğ 614 min dollar - orta qiymət 140 dollar;
2017-ci il: 1424 ədəd - ümumi məbləğ 490 min dollar – orta qiymət 344 dollar.