Xəbər verildiyi kimi, 2023-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda bəzi sahələrdə əmək haqları 15% artırılıb.
Azərbaycan və MDB ölkələrində minimum əmək haqları – SİYAHI, MƏBLƏĞLƏR
Həm minimum əmək haqqının yüksəlməsi, həm də bu artımların nəticəsində ölkədə orta aylıq əmək haqqının da artacağı gözlənilir.
Hələliksə, bu müqayisəni yalnız 2022-ci ilin nəticələri üzrə aparmaq mümükündür.
MDB ölkədəri üzrə statistika göstərir ki, son illər əmək haqlarının davamlı artımına baxmayaraq Azərbaycan hələ də MDB ölkələri arasında orta mövqelərdə yer tutur.
Rusiya və Belarusla yanaşı, Qazaxıstan, eləcə də ölkəmizin qonşuları Gürcüstanda da orta aylıq əmək haqqı Azərbaycandan yüksəkdir. Hətta Moldovada orta əmək haqqının məbləği daha yüksəkdir.
FED.az-ın məlumatına görə, 2023-cü ilin əvvəlinə (bəzi ölkələrdə 2022-ci ilin 2-və 3-cü rübünün nəticələrinə əçsasən) MDB ölkələrində orta aylıq əmək haqqı aşağıdakı kimidir:
|
Ölkələr |
Dollarda |
Tarix |
1 |
Rusiya |
887 dollar |
(01 noyabr 2022-ci il) |
2 |
Qazaxıstan |
678 dollar |
(01 dekabr 2022-ci il) |
3 |
Belarus |
604 dollar |
(01 dekabr 2022-ci il) |
4 |
Ermənistan |
603 dollar |
(01 oktyabr 2022-ci il) |
5 |
Gürcüstan |
596 dollar |
(01 oktyabr 2022-ci il) |
6 |
Moldova |
557 dollar |
(01 oktyabr 2022-ci il) |
7 |
Azərbaycan |
487 dollar |
(01 noyabr 2022-ci il) |
8 |
Ukrayna |
398 dollar |
(01 yanvar 2022-ci il) |
9 |
Qırğızıstan |
305 dollar |
(01 sentyabr 2022-ci il) |
10 |
Özbəkistan |
320 dollar |
(01 yanvar 2023-cü il) |
11 |
Tacikistan |
186 dollar |
(01 iyul 2022-ci il) |