“Business Insight” ən ucuz yeni il səbətinin müəyyənləşdirilməsi məqsədi ilə qiymət araşdırması həyata keçirib.
FED.az xəbər verir ki, araşdırma bazarda ən çox tanınan “Bazarstore”, “Rahat”, “Araz” və “Bravo Supermarket”lər şəbəkələrini əhatə edib. Araşdırmaya, yalnız Bakı şəhərinin ən müxtəlif bölgələrində faəliyyət göstərən hər bir marketlər şəbəkəsinin 3 mağazası (toplamda 12 mağaza) cəlb edilib. Bayram səbətinə isə 25 adda müxtəlif növ qida və meyvə-tərəvəz məhsulları daxil edilib.
Eləcə də bax:Azərbaycanda daha bir market şəbəkəsi - MƏİŞƏT ƏŞYALARI SATIŞINA BAŞLAYIB
Araşdırma nəticələri göstərib ki, yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən market “Araz Supermarketlər” şəbəkəsidir.
Yeni il ərəfəsində “Araz”ı qida məhsulları üzrə bazara təklif etdiyi ucuz qiymətlərilə “isteklaçının dostu” adlandırmaq olar.
Qida məhsulları üzrə ucuz qiymət siyasətinə görə “Araz”ı 2-ci olaraq müasir pərakəndəçiliyin uğurlu nümunəsi hesab olunan “BazarStore” mağazalar şəbəkəsi izləyir.
“Buziness Insight” satış şəbəkələrinə müştərilərini bayram ab-havasında qarşılamağı və qənaətli alış-verişlə yola salmağı arzulayır.
Araşdırma həyata keçirilən şəbəkələrin hamısında eyni adda mallar üçün müəyyən olunan qiymətlərin müqayisəsi aşağıdakı cədvəldə əks olunub.