Bu ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 2 pillə geriləyib və 31,21 MB/S sürətlə 60-cı pillədə qərarlaşıb.
Eləcə də bax: “Aztelekom” da internet paketinin qiymətini - ARTIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Speedtest Global Index" məlumat verib.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da iyun ayı ilə müqayisədə 3 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 20,89 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (212,98 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,85 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 120,35 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb (Report).