Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə xalis borcları bəlli olub.
FED.az "Report"a istinadən xəbər verir ki, bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. 8 klubun ümumi borcu 20 milyon avro təşkil edib.
Eləcə də bax:Azərbaycan futbol klublarının - GƏLİRLƏRİ AÇIQLANIB
Çempionat bu göstərici ilə Avropa 19-cudur. İngiltərə Premyer Liqasındakı 20 klubun 2 milyard 474 milyon, İtaliya A Seriyası təmsilçilərinin 1 milyard 808 milyon, Türkiyə Super Liqasındakı klubların isə 983 milyin avro xalis borcu var.