Bu ilin avqustun 1-nə ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 098,1 manat təşkil edib. Bu göstərici, dövlət sektorunda 1 066,9 manat, qeyri-dövlət sektorunda isə 1 129,2 manat olub.
Ən yüksək əməkhaqqı verilən sektorlar:
Cədvələ əsasən, ən yüksək orta aylıq əməkhaqqı Maliyyə və sığorta fəaliyyəti, Mədənçıxarma sənayesi, İnformasiya və rabitə, eləcə də Peşə, elmi və texniki fəaliyyət sahələrində müşahidə olunur.
Maliyyə və sığorta fəaliyyəti: Bu sektor 3 015,3 manat ilə ən yüksək orta əməkhaqqına malikdir. Xüsusilə dövlət sektorunda 3 911,7 manatla çox yüksək göstərici qeydə alınıb.Qeyri-dövlət sektoru da 2 188,6 manata bərabərdir
Mədənçıxarma sənayesi: 3 692,5 manatla ikinci ən yüksək orta əməkhaqqına malikdir. Bu sektorda qeyri-dövlət sektorunun (4 384,5 manat) dövlət sektorunu (2 345,3 manat) kəskin dərəcədə üstələməsi görünür.
İnformasiya və rabitə: 1 895,7 manat orta əməkhaqqı ilə perspektivli sektorlardan biridir. Qeyri-dövlət sektorunda orta aylıq maaş 2 107,6 manat, dövlət sektorunda iaə 1593,9 manatdır
Peşə, elmi və texniki fəaliyyət sahəsində orta əməkhaqqı 1852,6 manatdır. Qeyri-dövlət sektorunda orta aylıq maaş 2347,9 manata, dövlət sektorunda isə 1 292,8 manata brəabərdir
Nəqliyyat və anbar təsərrüfatında 1546,4 manat orta əməkhaqqı ilə vacib sektorlardandır. Burada dövlət sektoru üzrə göstərici 1 639,3 manat, qeyri-dövlət sektoru üzrə 1 425,1 manat təşkil edir.
Dövlət idarəetməsi və müdafiə; sosial təminat: 1 486,4 manat orta əməkhaqqı ilə dövlət sektorunda 1517,9 manat olmaqla daha yüksək göstəriciyə malikdir. Özəl sektorda isə bu rəqəm 614,7 manata bərabərdir.
Tikinti: 1159,0 manat orta əməkhaqqı ilə iqtisadiyyatın inkişafında mühüm rol oynayan sektordur. Qeyri-dövlət sektoru (1171,2 manat) bu sahədə dövlət sektorundan (1112,6 manat) bir qədər yüksək maaşlar təklif edir.
Ən aşağı əməkhaqqı verilən sektorlar:
Cədvəldən göründüyü kimi, Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ən aşağı orta aylıq əməkhaqqına (689,5 manat) malikdir.
Digər aşağı əməkhaqqı alan sektorlar arasında İnzibati və yardımçı xidmətlər (714,8 manat), Ticarət; nəqliyyat vasitələrinin təmiri (739,7 manat) və Su təchizatı, tullantıların təmizlənməsi və emalı (755,5 manat) yer alır.
Iqtisadi fəaliyyət növləri |
Cəmi (manat) |
o cümlədən dövlət |
qeyri-dövlət |
Ölkə üzrə – cəmi |
1 098,1 |
1066,9 |
1129,2 |
Maliyyə və sığorta fəaliyyəti |
3 015,3 |
3911,7 |
2188,6 |
Mədənçıxarma sənayesi |
3 692,5 |
2345,3 |
4384,5 |
İnformasiya və rabitə |
1 895,7 |
1593,9 |
2107,6 |
Peşə, elmi və texniki fəaliyyət |
1 852,6 |
1292,8 |
2347,9 |
Nəqliyyat və anbar təsərrüfatı |
1 546,4 |
1639,3 |
1425,1 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
1 284,0 |
1867,3 |
1121,8 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
1 486,4 |
1517,9 |
614,7 |
Tikinti |
1 159,0 |
1112,6 |
1171,2 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
1 252,2 |
1226,4 |
1261,5 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
1 102,2 |
1094,8 |
1513,8 |
Emal sənayesi |
990,0 |
1529,7 |
912,5 |
Səhiyyə və sosial xidmətlərin göstərilməsi |
945,9 |
994,8 |
748,6 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
882,0 |
824,5 |
1309,1 |
Təhsil |
816,4 |
807,3 |
979,2 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
788,9 |
1893,4 |
748,9 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
755,5 |
712,1 |
1329,0 |
Ticarət; nəqliyyat vasitələrinin təmiri |
739,7 |
1017,8 |
736,9 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
714,8 |
638,8 |
843,6 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
689,5 |
775,4 |
668,0 |