Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə qiymətləndirilib.
Yaşadığınız bina möhkəmdirmi? - BAKIDA SORĞU NƏTİCƏLƏRİ
FED.az xəbər verir ki, sorğu iştirakçılarının 45,6%-i nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasından sonra Ermənistan ərazisindən keçən həm avtomobil, həm də dəmir yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab etdiyini bildirib. Respondentlərin 26,8%-i yalnız dəmir yolu ilə hərəkət etməyi, 10,4%-i yalnız avtomobil yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab edib. Respondentlərin 15,4%-i heç birini ntəhlükəsiz və etibarlı olmadığını qeyd edib.
Respondentlərin 70,8%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inanmadığını ifadə edib. Onların 26,0%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inandığını bildirib.