Sosial

Azərbaycan əhalisi maaşının neçə faizini - QİDAYA XƏRCLƏYİR?

Azərbaycan əhalisi maaşının neçə faizini - QİDAYA XƏRCLƏYİR? | FED.az
19:11 5 Fev 2020

Azərbaycan əhalisi əməkhaqlarının 43,3 faizini əsas qida məhsullarının alınmasına xərcləyir.

Eləcə də bax: Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar hansılardır? - SİYAHI

FED.az "report"a istinadən xəbər verir ki, Türkiyədə bu rəqəm 19,1% təşkil edir.

Keçmiş sovet respublikaları arasında Estoniyada bu rəqəm 14,6%, Litvada 17,7%, Latviyada 25,6%, Ukraynada 42,1%, Belarusda 43,9%, Rusiyada 44,8%, Moldovada 50,1%, Qazaxıstanda 58,7%, Ermənistanda 61,8%, Türkmənistanda 67,3% təşkil edir.

Bu sahədə ən acınacaqlı vəziyyət Özbəkistandadır. Bu ölkədə əhali aylıq qazancının 253,8%-ni əsas qida məhsullarına xərcləyir. Özbəkistan sakinləri bütün əsas qida məhsullarını alınması üçün ən azı 2,5 ay çalışmalıdırlar.

Dünyada əsas qida məhsullarına ən az vəsait xərcləyən əhali isə Avstraliyadır. Bu ölkədə əhali aylıq minimal maaşlarının cəmi 7%-ni əsas qida məhsullarına xərcləyirlər. Bu isə olduqca yüksək əməkhaqqı məbləği və qida məhsullarının ucuz olması ilə bağlıdır. Belə ki, bu ölkədə hər bir işçi işlədiyi hər bir saat üçün 13 ABŞ dolları əməkhaqqı alır.

İlk onluğa isə Avstraliyadan sonra Böyük Britaniya (7,3%), İrlandiya (7,3%), Niderland (8,6%) Səudiyyə Ərəbistanı (9%), İspaniya (9,2%), Almaniya (9,3%), Lüksemburq (9,5%), Kanada (11,9%), Belçika (11,9%) və Fransa (12,7%) daxildir.

Digər xəbərlər