İşğaldan azad olunmuş ərazilərdə 8 min vətəndaş işlə təmin edilib.
Azərbaycanda 60 min boş iş yeri varmış – RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov qurumun 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 742 nəfərin də məşğulluğa cəlb edilməsi istiqamətində işlər davam edir:
"Təkcə 2025-ci ildə 2 min 847 nəfər işlə təmin edilib. Əsasən Xocalı, Ağdam, Ağdərə və Füzuli rayonlarına köç edən vətəndaşlar işlə təmin edilib. Köçən vətəndaşların 58 faizi dövlət 42 faizi özəl sektorda çalışır.
İşğaldan azad olunmuş ərazilərdə 152 nəfər peşə hazırlığına cəlb edilib və işlə təmin edilib. Ümumilikdə 360 nəfər peşə hazırlığı proqramına cəlb edilib".










