Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə məskunlaşan 2500 vətəndaşla aktiv iş aparmışıq. Onlardan 1500-nü daimi işlə təmin etmişik.
Qarabağda işləyənlərin sayı sayı azalıb - RƏQƏMLƏR, CƏDVƏLLƏR
FED.az xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir, həmçinin deyib ki, geri qayıdan vətəndaşların qarşılaşdıqları problemlərdən biri həmin şəxslərin əksəriyyətinin ixtisassız olmasıdır:
“Bu kateqoriyadan olan 3000 şəxs peşə hazırlığına cəlb ediləcəklər. Ümumilikdə bu proqramın 12 minə yaxın şəxsi əhatə etməsini planlaşdırırıq”. (Apa)