İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək 64-cü “Avroviziya-2019” mahnı müsabiqəsi təhlükə altındadır. Səbəb müsabiqənin keçiriləcəyi məkanın yanında yerləşən evə düşən raketdir. Həmin qəza nəticəsində yeddi nəfər ağır şəkildə yaralanıb.
FED.az xəbər verir ki, bütün Avropanın ciddi şəkildə yarışmaya hazırlaşdığı dönəmdə Avropa Yayım Birliyi hadisə ilə bağlı narahatlıq keçirdiyini bəyan edib.
Eləcə də bax: 141 azərbaycanlı Gürcüstana buraxılmadı
Bildirilib ki, müharibə və böyükmiqyaslı hərbi əməliyyat olarsa, o zaman müsabiqənin keçirilməsi təxirə salınacaq. Yarışmanın nümayəndə heyəti bu barədə rəy verməkdən imtina ediblər.
Qeyd edək ki, “Avroviziya-2019” mahnı yarışması 14-18 may tarixində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edəcək. “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).