FED.az xəbər verir ki, Avrora şirkəti işçilər axtarır
Vakansiya: Qrafik Dizayner
Vəzifə və öhdəliklər:
• Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhtəlikləri yerinə yetirmək;
• Şirkət materiallarının dizayn işlərini işləmək;
• Şirkət saytı və sosial şəbəkə səhifələrində dizayn işlərini hazırlamaq;
• Dizayn proqramlarında müxtəlif layihələri,reklam kampaniyalarını və s. işləmək.
Namizədə olan tələblər:
• Qrafik dizayn sahəsində ən azi 1 il peşəkar iş təcrübəsinə malik olmalıdır;
• Korporativ üslub, yeni marka, etiket hazırlama bacarığı olmalıdır;
• Reklam, qrafika və çapa dair digər texniki vasitələrdən anlayışı olmalıdır;
• Adobe Illustrator, Adobe Photoshop, Corel Draw, After Effects, 3DS MAX (modelling) proqramlarını peşəkar səviyyədə bilməlidir.
Şərtlər:
• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Sağlamlıq sığortası;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Qrafik Dizayner” yazaraq və Portfolio əlavə edərək [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
***
Vakansiya: Auditor (Bakı, Bərdə, Şəki və Quba)
Vəzifə öhdəlikləri:
• Distrübyutor anbarlarında mövcud olan məhsulların sayımlarını həyata keçirmək və sayım nəticələrini raporlamaq;
• Fəaliyyət göstərilən ərazidə fakturaların, müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raporlamaq;
• Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və hesabatların hazırlanmasını həyata keçirmək;
• Müəyyən olunmuş normativlər əsasında satış şöbəsində çalışan işçilərin performanslarının dəyərləndirilməsini həyata keçirmək;
• Pul vəsaitləri üzrə risklərin aşkarlanmasını və raporlanmasını həyata keçirmək.
Namizədə olan tələblər:
• Ali təhsil;
• MS Office proqramları biliyi;
• 1-3 il təftiş sahəsində təcrübə;
• Şəxsi avtomobil;
• Rus dili arzuolunandır;
• İnformasiya ilə işləmə bacarığı;
• Analitik düşünmə qabiliyyəti.
Şərtlər:
• 6 iş günü;
• Sağlmalıq sığortası;
• İş yeri: Bakı, Bərdə, Şəki və Quba regionları
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Auditor (Region adı)” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.