Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə avqust ayının pensiya ödənişini yekunlaşdırıb.
Pensiyaların ödəniləcəyi tarix - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, ötən gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.