Avirtel
Rəqəmsal marketinq üzrə mütəxəssis
Dil tələbləri: Azərbaycan, İngilis, Rus dilləri
Vəzifənin təsviri
Rəqəmsal marketinq üzrə mütəxəssis şirkətin çoxkanallı kommunikasiya strategiyasının yaradılması ilə məşğuldur.
Rəqəmsal marketinq üzrə mütəxəssis bilməlidir:
• Sosial media marketinq: Facebook, Twitter, Youtube və Instagram kimi sosial media kanalları vasitəsilə çox sayda internet izləyicilərini cəlb etməklə onlayn aktivliyi təşkil etmək.
• Sosial şəbəkə səhifələrini idarə etmək
• Axtariş motorlarının optimizasiyası (SEO): axtarış sistemlərində yüksək səviyyəli yer tutmaqla sayt ziyarətçilərinin sayını artırmaq strategiyasını təşkil etmək.
• Pay per click (PPC) kampaniyalar
• Mobil marketinq, sms marketinq.
• Kopirayt işləri
• Tərcümə
Öhdəliklər
• Rəqəmsal marketinq üzrə layihələr və kampaniyalar təşkil edir.
• Mobil, sosial media, bloqların və forumların yaradılması kimi şirkətə xeyir gətirə bilən yeni onlayn media imkanlarını araşdırır
• Açar sözlərin tədqiqi və veb statistika hesabatını həyata keçirmək
• Sosial media aktivliyi və brendin tanıdılması üzrə kampaniyalara öz töhfəsini verir
• Veb analitika proqramını istifadə edərək saytın fəaliyyətini izləmək və inkişafı üçün tövsiyələr vermək
• Şirkətin vebsaytına töhfə vermək və elektron ünsiyyəti idarə etmək
• Məzmun marketinqi üzrə strategiya yaratmaq və inteqrasiya etmək
• Müasir rəqəmsal trendlərlə ayaqlaşmaq
• Müştərilərin diqqətini şirkətin və müştərilərin məhsullarına cəlb etmək üçün zəngin məzmun yaratmaq və idarə etmək;
• Marketinqin avtomatlaşdırılmasını optimizasiya etmək və e-mail, məzmun, sosial kanallar vasitəsilə ötürmək.
• Şirkətin və müştərilərin reklam materiallarının mətninin hazırlanması
• Kampaniya ideyaları hazırlamaq, təsdiq olunduqdan sonra təşkil və idarə etmək
• Tələb olunan materialları tərcümə etmək
• Sahə üzrə mütəxəssislərdən tövsiyələr almaq.
• Məlumatın konfidensiallığını qorumaqla etik kodeksə riayət etmək.
Tələblər
• Marketing və ya müvafiq sahədə ən azı bakalavr dərəcəsi
• Ən azı 3 il təcrübə
• Rəqəmsal Marketinq üzrə keçmiş təcrübəsinin olması arzuolunandır
• Yaxşı ünsiyyət bacarığı, kreativ düşüncəli
İş qrafiki: 5 gün;
İş saatları: 09:00-dan 18:00-dək;
Nahar fasiləsi: 13:00-dan 14:00-dək;
Əmək haqqı və digər kompensasiyalar müsahibə zamanı namizədin bilik və bacarığına görə tam dəqiqləşdiriləcək
İddialı namizədlər öz CV-lərini 15 fevral 2018-ci il tarixinə qədər iddia olunan vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.