Azərbaycanda audiovizual media subyektləri üçün verilən lisenziyalar məlum olub.
Eləcə də bax: Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına - XİTAM VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, yerüstü yayımçılara aşağıdakı lisenziyalar verilir:
1. ümumölkə yerüstü televiziya yayımçısı lisenziyası;
2. regional yerüstü televiziya yayımçısı lisenziyası;
3. ümumölkə yerüstü radio yayımçısı lisenziyası;
4. regional yerüstü radio yayımçısı lisenziyası.
Platforma yayımçılarına aşağıdakı lisenziyalar verilir:
1. peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası;
2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası.
Sifarişli yayım xidməti provayderinə sifarişli yayım xidməti provayderi lisenziyası verilir.
Platforma operatorlarına aşağıdakı lisenziyalar verilir:
1. sadə platforma operatoru lisenziyası;
2. universal platforma operatoru lisenziyası.
Multipleks operatoruna multipleks operatoru lisenziyası verilir.