Yaxın bir həftə ərzində Atatürk Parkı yenidən istifadəyə veriləcək. Parkdakı sənədli obyektlər yenidən inşa edilib.
FED.az xəbər verir ki, Atatürk parkında aparılan yenidən qurma işləri ilə əlaqədar olaraq parkda olan bütün sənədsiz obyektlər sökülüb.
Eləcə də bax: Bakı İcra Hakimiyyətindən iş adamlarına müraciət - «OBYEKTİNİZİN QARŞISINDA…»
Bakı Şəhər İcra Hakimiyyətindən FED.az-a verilən məlumata görə, yalnız parkda birinci qrup əlilin çayxanası yenidən inşa edililib. İcra hakimiyyətinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, parkdakı sənədi olan sahibkarlara yeni layihələr təklif edilib. Bu layihəlrə əsasında obyektlər sahibkarların özləri tərəfindən yenidən qurulub əvəzində isə icra hakimiyyəti yeni obyektləri sənədləşdirib.
İcra hakimiyyətinin rəsmisinin sözlərinə görə, parkda boş qalmış yerlərdə isə idman qurğuları, velosiped yolu və uşaqlar üçün əyləncə qurğuları inşa edilib. Bütün bu qurğulardan istifadə isə ödənişsiz olacaq.