"ASAN xidmət"in rəsmi "Facebook" səhifəsinin verdiyi məlumata əsasən, 11 aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
FED.az yayılan elana istinadən xəbər verir ki, aprelin 11-i vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.
11 aprel tarixində "ASAN xidmət" mərkəzlərində yalniz şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti göstəriləcək.